«Qəbələ»nin 8 futbolçusu Azərbaycan yığmasında

17:18 23-07-2018
«Qəbələ»nin 8 futbolçusu Azərbaycan yığmasında

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışına start verib.
Sportmedia.az xəbər verir ki, hazırlıq prosesində “Qəbələ”nin 8 futbolçusu iştirak edir. Bunlar Vüsal Şabanov, Müşviq Nadirov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Veysəl Rzayev, Samir Məhərrəmli və Rauf Məhərrəmovdur. Milli komanda hazırlıqlarını Bakıda gerçəkləşdirir. Toplanış iyulun 30-dək davam edəcək.


.
.
.