“Sumqayıt” FK Boluda məşqləri davam etdirir

17:35 23-07-2018
“Sumqayıt” FK Boluda məşqləri davam etdirir

Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirən "Sumqayıt" Futbol Klubu bu günü bir məşq əsnasında başa vurub.
Sportmedia.az xəbər verir ki, komanda Nazim Süleymanovun rəhbərliyi altında artıq səhər məşqini keçirib. Dünən baş tutan "Alanyaspor" oyunu sonrası təxminən 1 saat davam edən məşqdə futbolçular yüngül qaçış ardından toplu çalışmalara üstünlük verib. Həmin qarşılaşmada 90 dəqiqə iştirak edən oyunçular məşqin ikinci hissəsini fitness zalında hazırlıqla keçirib.


.
.
.