"Keşlə"nin futbolçusu "Zirə"də

17:49 23-07-2018
"Keşlə"nin futbolçusu "Zirə"də

Ötən mövsümün sonunda "Keşlə”dən ayrılan Pərdis Fərcad-Azadın yeni komandası müəyyənləşib.
Sportmedia.az xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını “Zirə”də davam etdirəcək. Yığmamızın sabiq oyunçusu Türkiyədə təlim-məşq toplanışında olan "Zirə"nin düşərgəsinə qoşulub. Hücumçu ilə tezliklə bir illik müqavilə bağlanacaq.
2012-ci ildə Azərbaycana gələn futbolçunun ölkəmizdə ilk komandası "Sumqayıt" olub.
Pərdis Fərcad-Azad 2016-cı ildə "Keşlə"yə keçmişdi.


.
.
.
0.4187331199646