"Parma" klubuna cəza

18:10 23-07-2018
"Parma" klubuna cəza

İtaliya Futbol Federasiyası “Parma” komandasını cəzalandırıb.
Sportmedia.az xəbər verir ki, yeni mövsümdən A Seriyasında mübarizə aparmaq hüququ qazanan komanda mövsümə -5 xalla başlayacaq. “Parma” İtaliyada danışılmış oyunlarda iştirak etməkdə ittiham olunur. Kluba cəza da bu səbəbdən verilib.
Bundan əlavə, “Parma”nın oyunçusu Emanuel Kalayo da cəzalandırılıb. 36 yaşlı hücumçu 20 min avro cərimələnib və futboldan 2 illik kənarlaşdırılıb. O da danışılmış oyunlarda təqsirli bilinir.


.
.
.
0.64115905761719