Almaniya Futbol Federasiyasından Özilə cavab

20:37 23-07-2018
Almaniya Futbol Federasiyasından Özilə cavab

İrqçiliyə görə yığmadan getdiyini açıqlayan Məsut Özil üçün Almaniya Futbol Federasiyası açıqlama yayıb.
Sportmedia.az xəbər verir ki, federasiya Özilin irqçiliyə görə millidən getməsi açıqlamasına etiraz edib: "Məsut Özilin millidən getməsinə üzüldük. O, bu komandada çox uğur əldə edib. Lakin irqçiliyə görə federasiya rəsmilərini günahlandırmasını qəbul edə bilmərik. Biz daha öncə də başqa kökdən olan futbolçularla birgə çalışmışıq".
Qeyd edək ki, 29 yaşlı Türkiyə əsilli yarımmüdafiəçi 2009-cu ildən Almaniya millisində çıxış edirdi. O, 5 dəfə bu ölkədə ilin futbolçusu seçilib.


.
.
.