FİFA "İlin baş məşqçisi" mükafatına namizədləri açıqladı

18:03 24-07-2018
FİFA "İlin baş məşqçisi" mükafatına namizədləri açıqladı

İlin ən yaxşı baş məşqçi mükafatı üçün namizədlər açıqlandı
FİFA 2018-ci ilin ən yaxşı baş məşqçisinə veriləcək mükafat üçün namizədləri açıqlayıb.
Sportmedia.az xəbər verir ki, mükafat üçün müəyyən edilən namizədlər aşağıdakılardı:
1. Massimiliano Alleqri ("Yuventus")
2. Stanislav Çerçesov (Rusiya milli komandası)
3. Zlatko Daliç (Xorvatiya milli komandası)
4. Didye Deşamps (Fransa milli komandası)
5. Pep Qvardiola (“Mançester Siti”)
6. Yurqen Klopp (“Liverpul”)
7. Roberto Martinez (Belçika milli komandası)
8. Dieqo Simeone (“Atletiko” M.)
9. Qaret Sautqeyt (İngiltərə milli komandası)
10. Ernesto Valverde (“Barselona”)
11. Zinəddin Zidan (“Real” M.)
Ən yaxşı baş məşqçinin adına 24 sentyabrda İngiltərənin paytaxtı Londonda təşkil olunacaq tədbirdə aydınlıq gələcək.


.
.
.
0.57899904251099