"Qarabağ"dan daha bir transfer

18:19 24-07-2018
"Qarabağ"dan daha bir transfer

"Qarabağ” hücum xəttinə Con Delarjdan sonra daha bir futbolçu transfer edib.
Sportmedia.az xəbər verir ki, Ağdam təmsilçisi sabiq futbolçusu İnnosent Emeqaranı heyətinə qatıb. Futbolçuyla iki illik müqavilə imzalanıb.
29 yaşlı forvard karyerasına İsveçrənin “Vintertur” klubunda başlayıb, daha sonra Fransanın “Loryan”, İtaliyanın “Siena” və “Livorno” klublarında çıxış edib.
2014/15-ci illər mövsümündə “Qarabağ”ımızda çıxış edən Emeqara qısa müddət ərzində 7 oyunda 4 qolla yadda qalmışdı. Komandamızdan ayrıldıqdan sonra Amerikanın “Ertkveyks” klubunda çıxış edib. Son klubu isə Kipr təmsilçisi “Ermis” olub.
Emeqara İsveçrə millisində də 9 oyunda meydanda olub.


.
.
.
0.56601715087891