Ölkə çempionundan yeni transfer

15:56 26-07-2018
Ölkə çempionundan yeni transfer

Futzal üzrə ölkə çempionu “Araz” heyətinə yeni oyunçu cəlb edib.
Sportmedia.az xəbər verir ki, ötən mövsümü “İtaldizain” klubunda keçirən Elşən İbrahimxəlilov yeni çempionata “Araz”la start verəcək.
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək Naxçıvan klubu bir futzalçını isə baxışa dəvət edib. Rusiyanın “Sibiryak” klubunun əvəzedici komandasından Emin Mikayılov baş məşqçi Joze Alesio da Silvanın etimadını qazanmalıdı.


.
.
.
0.52639293670654