U-21-in oyunlarının vaxtı müəyyənləşib

16:55 27-07-2018
U-21-in oyunlarının vaxtı müəyyənləşib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi üç oyunun vaxtı və stadionu müəyyənləşib.
Sportmedia.az xəbə verir ki, yığmamız sentyabrın 6-da, saat 21:00-da İsrail, sentyabrın 11-də, saat 20:00-da isə Norveç komandası ilə qarşılaşacaq. Hər iki oyun “Dalğa Arena”da keçiriləcək. Komandamızın Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə oktyabrın 16-dakı oyunu isə Drammen şəhərindəki "Marienlyst Stadium"da, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) keçiriləcək.


.
.
.