“Qalatasaray” Qomisin alternativini tapıb

15:00 29-07-2018
“Qalatasaray” Qomisin alternativini tapıb

Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray”ın futbolçusu Bafetimbi Qomis maaşının artırılmasını tələb etdikdən sonra klub rəhbərliyi yeni hücumçu axtarışına başlayıb.
Sportmedia.az xəbər verir ki, bu haqda “Fotomaç” məlumat yayıb.
İstanbul təmsilçisi “Milan”ın futbolçusu Andre Silvaya göz dikib. Portuqaliya futbolçunu 1 illik icarəyə götürmək üçün danışıqlar aparılır. Digər tərəfdən də Səudiyyə Ərəbistanında bir klub Qomis üçün 10 milyon avroluq təklif göndərib. “Qalatasaray”ın bu təklifə müsbət yanaşdığı bildirilir.


.
.
.