“Beşiktaş”da yeni müqavilə 

15:12 29-07-2018
“Beşiktaş”da yeni müqavilə 

Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş” mövsümün sonunda müqaviləsi başa çatan Atiba Hutçinsonla yeni sözləşmə imzalayıb.
Sportmedia.az xəbər verir ki, 34 yaşlı oyunçu 750 min avro qarşılığında daha 1 il “qara qartallar”ın şərəfini qoruyacaq.
Klubun çalışdırıcısı Şenol Günəşin gələn mövsümünün sonunda Atibaya məşqçilik təklif edəcəyi də iddia edilir.
Xatırladaq ki, kanadalı yarımmüdafiəçi 2013-2014-cü il mövsümündən bəri “Beşiktaş” forması ilə 194 oyuna 9 vurub.


.
.
.