İbrahimoviçin MLS-dəki ilk het-triki

16:20 30-07-2018
İbrahimoviçin MLS-dəki ilk het-triki

Amerikan Birinci Futbol Liqasında (MLS) "Los-Anceles Qalaksi" "Orlando Siti" ilə qarşılaşıb.
Sportmedia.az xəbər verir , qarşılaşma Zlatan İbrahimoviçli "Los-Anceles Qalaksi"nin qələbəsi ilə yekunlaşıb.
Belə ki, ilk hissə "Orlando Siti"nin 2-1 hesablı üstünlüyü ilə yekunlaşsa da, İbrahimoviçin 47, 67 və 71-ci dəqiqələrdə vurduğu qollarla "Qalaksi" 4-3 hesablı qələbə qazanıb. Bununla isveçli hücumçu MLS-dəki ilk het-trikini reallaşdırıb.
Xatırladaq ki, İbrahimoviç "Qalaksi" forması ilə 17 oyuna 15 qol vurub.


.
.
.
0.72328090667725