Etibar İbrahimovun köməkçiləri müəyyənləşdi

16:46 30-07-2018
Etibar İbrahimovun köməkçiləri müəyyənləşdi

“Kəpəz”in yeni baş məşqçisi Etibar İbrahimovun köməkçiləri məlum olub.
Sportmedia.az xəbə verir ki, İbrahimovun başçılıq etdiyi məşqçilər korpusunda Orxan Verdiyev və Tariyel Hüseynov yer alıb. Sonuncu qapıçılarla işləyəcək. Karyerası dövründə Gəncə klubunun şərəfini qorumuş Hüseynov “sarı-göylər” vaxtilə aşağı liqada çıxış edəndə də əsas komandada çalışıb. Son mövsümdə isə o, aşağı yaş qrupları üzrə komandaların qapıçı məşqçisi olub. Orxan Verdiyevə gəlincə, baş məşqçinin tanıdığı və inandığı sima klub futbolunda ilk addımlarını atır. Yerli idman məktəbində 7 ildir çalışan Verdiyev Gəncə futbolunda perspektivli məşqçilər arasında göstərilir. Orxan müəllimin çalışdırdığı 12 yaşlılardan ibarət “Azəri TİM” komandası Azərbaycan birinciliyinin gümüş mükafatçısı olub. U-10 və U-13 liqalarında çıxış etmiş komandalar isə medalın bir addımlığında dayanaraq 4-cü yeri tutublar. 


.
.
.