"Qarabağ" - "Kukesi": Mətbuat konfransı və son məşq

16:55 30-07-2018
"Qarabağ" - "Kukesi": Mətbuat konfransı və son məşq

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - “Kukesi” (Albaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
Sportmedia.az xəbər verir ki, iyulun 31-də "Azərsun Arena"nın mətbuat zalında baş məşqçimiz Qurban Qurbanov saat 18:15-də media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Kukesi"nin baş məşqçisi isə saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Albaniya təmsilçisinin son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
QEYD: Klub tərəfindən ayrılmış avtobus media mənsublarını saat 17:30-da Tofiq Bəhramov adına Respublika stadionundan "Azərsun Arena"ya aparacaqdır və komandamızın məşqindən sonra yenidən Respublika stadionuna qaytaracaqdır.


.
.
.
0.43885803222656