Millimizin üzvü dubl etdi, komandası qələbə ilə başladı

17:54 30-07-2018
Millimizin üzvü dubl etdi, komandası qələbə ilə başladı

Çexiyanın futbol üzrə gənclər liqasında yeni mövsüm start götürüb.
Sportmedia.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin şərəfini qoruduğu “Slaviya” ilk turda “Viktoriya”nı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Nəbiyev meydana start heyətində çıxıb, 20 və 35-ci dəqiqələrdə qol vurub.


.
.
.
0.50056600570679