Gənc sərbəst güləşçilər də Avropa çempionatına yollanır - Heyət

13:19 31-07-2018
Gənc sərbəst güləşçilər də Avropa çempionatına yollanır - Heyət

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı keçirilir.
Sportmedia.az xəbər verir ki, çempionatın son günlərində, 3-5 avqustda mübarizə aparacaq sərbəst güləşçilərimiz sabah yola düşəcək. Məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında çempionatda iştirak edəcək yığmamızın heyətində 10 güləşçi yer alıb.
Çempionatda ölkəmizi Əliabbas Rzazadə (57 kq), İntiqam VƏlizadə (61 kq), Elmar Kazımov (65 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Alimaqomed Alixmoyev (97 kq) və Rahid Həmidli (125 kq) təmsil edəcək.


.
.
.
0.51915884017944