"Qarabağ" - "Kukesi" matçı "CBC Sport"da

14:29 31-07-2018
"Qarabağ" - "Kukesi" matçı "CBC Sport"da

"Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Tofiq Bəhramov adına Respublika stadionunda Albaniyanın "Kukesi" klubunu qəbul edəcək.
Sportmedia.az xəbər verir ki, avqustun 1-i, saat 21:00-da start götürəcək qarşılaşma “CBC Sport” telekanalı vasitəsiylə canlı yayımlanacaq.
Xatırladaq ki, komandalar arasında baş tutan ilk qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşmışdı.


.
.
.
0.35663485527039