İquayn “Milan”la razılaşdı

16:23 31-07-2018
İquayn “Milan”la razılaşdı

“Yuventus”un futbolçusu Qonzalo İquayn “Milan”a keçməyə yaxındı.
Sportmedia.az xəbər verir ki, bu haqda “Sky Sports” məlumat yayıb.
Bildirilir ki, İquayn üçün “Yuventus”a icarə haqqı olaraq 20 milyon avro və 35 milyon avroluq məcburi satın alma opsiyonu təklif edən “Milan” argentinalı oyunçu ilə razılığa gəlib.
30 yaşlı hücumçu “qırmızı-qaralılar”la 5 illik müqavilə imzalayacaq və illik 7.5 milyon avroluq məvacib alacaq.


.
.
.
0.634596824646