Qurban Qurbanov: "Futbolçuların hamısı tam hazırdır"

20:18 31-07-2018
Qurban Qurbanov: "Futbolçuların hamısı tam hazırdır"

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında "Qarabağ"ımız Albaniyanın "Kukesi" klubunu qəbul edəcək.
Sportmedia.az xəbər verir ki, komandanın baş məşqisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:
"Çox vacib oyuna çıxacağıq. Baxmayaraq ki, səfər oyununda qolsuz bərabərlik olub. Mən həmişə demişəm ki, ev komandası üçün öz meydanında 0:0 hesabı pis nəticə deyil. Hər vurulan və buraxılan qol nəticəyə təsir edəcək. Diqqətli, ehtiyatlı olmalıyıq. Qalib gəlmək üçün əlimizdən gələn ən yaxşısını etməyə çalışacağıq. Hər şeyə diqqət yetirməliyik. Oyunun gedişatında hər epizoddan düzgün yararlanmağa çalışacağıq.
Addımlar atırıq, qol vurmaq üçün hücumlar edəcəyik. Belə oyunlarda, ümumiyyətlə, qolların sayı az olur. Hər bir halda qol vurmaq haqda da düşünürük və yaranış boşluğu aradan qaldırmaq üçün çalışacağıq.
Futbolçuların hamısı tam hazırdı. Çalışırıq ki, bəzi detalları daha yaxşı edək. Rəqib də oyuna tam ciddi hazırlaşır. Ümid edirik ki, sabah sərfəli nəticə olacaq".


.
.
.
0.38350605964661