Qurban Qurbanov: "Meydanda istədiklərimizi edə bildik"

00:03 02-08-2018
Qurban Qurbanov: "Meydanda istədiklərimizi edə bildik"

Bu gün "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında öz meydanında "Kukesi"ni 3:0 hesabıyla məğlub edərək növbəti mərhələyə yüksəlib (ilk oyun: 0-0).
Sportmedia.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qubranov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Azarkeşlərimizə təşəkkür edirəm. Qarşılaşmaya xüsusi rəng qatdılar. Oyuna görə futbolçularmızı təbrik edirəm. Meydanda istədiklərimizi edə bildik. Düzdü, bizim üçün çətin oyun oldu. Hər bir halda, qalib gəldik və növbəti mərhələyə adladıq. Artıq növbəti oyun haqda düşünməliyik. Təcrübəli komandaya qarşı oynayacağıq. Buna baxmayaraq, düzgün hazırlıq prosesi keçməyə, rəqibimizi qiymətləndirməyə çalışacağıq".


.
.
.
0.64031291007996