"Qarabağ" BATE ilə nə vaxt qarşılaşacaq?

13:37 02-08-2018
"Qarabağ" BATE ilə nə vaxt qarşılaşacaq?

"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Belarusun BATE klubu ilə qarşılaşacaq.
Sportmedia.az xəbər verir ki, oyunların tarixi açıqlanıb. Tərəflər arasında ilk oyun avqustun 7-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüş saat 21:00-da start götürəcək.
Cavab qarşılaşması isə avqustun 14-ü baş tutacaq. "Borisov Arena"da keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


.
.
.
1.0736718177795