"Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

14:12 02-08-2018
"Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri məlum olub.
Sportmedia.az xəbər verir ki, Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Belarusun BATE komandasını mübarizədən kənarlaşdırsa, “səpələnməmişlər” sırasında yer alacaq. “Köhlən atlar”ın 7 potensial rəqibi var. Bunlar Hollandiyanın PSV komandası, eləcə də “Zalsburq” (Avstriya) – “Şkendiya” (Makedoniya), “Seltik” (Şotlandiya) – AEK (Yunanıstan) və “Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibləridir.
Pley-off mərhələsinin püşkü avqustun 6-da atılacaq. Oyunlar isə 21 və 28 avqustda keçiriləcək.


.
.
.
0.47096705436707