Yığmamız məğlub olub - Video

13:23 03-08-2018
Yığmamız məğlub olub - Video

Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması, toplanış çərçivəsində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirib.
Sportmedia.az xəbər verir ki, qarşılaşma 3:2 hesabı ilə Belarus yığmasının xeyrinə başa çatıb.
Rəqib hər üç qolu penalti zərbəsindən vurub. U-17-nin heyətində isə Rauf Məhərrəmovla Musa Qurbanlı fərqlənib. Oyunla bağlı yığmanın baş məşqçisi Ramin Quliyev affa.az-a fikirlərini bildirib:
“Belarus yığması ilə oyun oyunçularımızın beynəlxalq təcrübəsini artırmaq üçün çox yaxşı fürsət idi. Pis mübarizə aparmadıq, yetərincə qol imkanlarımız oldu. Müdafiə xəttində problemlərimiz var. Müdafiəçilərimiz sadə oyun epizodunda 3 dəfə 11 metrlik cərimə zərbəsi ilə yekunlaşan səhvə yol verdi. İlk növbətə müdafə xəttini gücləndirmək barədə düşünməliyik”. 


.
.
.
0.45311498641968