Ruslan Abışov əməliyyat olundu

13:29 03-08-2018
Ruslan Abışov əməliyyat olundu

"Neftçi” PFK-nın futbolçusu Ruslan Abışov əməliyyat olunub.
Sportmedia.az xəbər verir ki, Almaniyada baş tutan əməliyyat uğurlu keçib.
Kapitan bununla bağlı klubun rəsmi saytına açıqlama verib: "Özümü yaxşı hiss edirəm. Əməliyyat normal keçdi. Hər şey qaydasındadır. Həkimin rəyinə görə, üç aydan sonra Almaniyada 4 həftəlik bərpa keçib, komanda ilə məşqlərə başlaya biləcəm. İnanıram ki, hər şey daha da yaxşı olacaq”.
Xatırladaq ki, Avropa Liqasının birinci təsnifat mərhələsinin Macarıstanın "Uypeşt” klubu ilə cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopmuş, meniski cırılmışdı.


.
.
.
0.47154998779297