“Sumqayıt” FK “Neftçi” ilə oyunun hazırlıqlarını davam etdirir

16:23 03-08-2018
“Sumqayıt” FK “Neftçi” ilə oyunun hazırlıqlarını davam etdirir

Azərbaycan Premyer Liqasının 1-ci turunda “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” Futbol Klubu hazırlıqlarını davam etdirir.
Sportmedi.az xəbər verir ki, “kimyaçılar” bu gün saat 10:00-da Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda növbəti məşqini keçirib. Yüngül zədəsi olan Əfran İsmayılov məşqdə iştirak etməyib. Təxminən 1.5 saat davam edən hazırlıq prosesi əsasən toplu çalışmalar və taktiki gedişlər üzərində baş tutub..
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” qarşılaşması 11 avqust tarixində keçiriləcək.


.
.
.
0.61176705360413