Simeon Slavçev: "BATE-ni mübarizədən kənarlaşdırıb, yolumuza davam edə bilərik"

17:21 03-08-2018
Simeon Slavçev: "BATE-ni mübarizədən kənarlaşdırıb, yolumuza davam edə bilərik"

Qarabağ-ın yeni transferi Simeon Slavçev Bolqarıstan mətbuatına açıqlama verib.
Sportmedia.az xəbər verir ki, bolqarıstanlı futbolçu yeni klubunda xoşbəxt olduğunu bildirib.
“Həqiqətən, çox xoşbəxtəm. Xüsusilə də, Sporting-dən ayrıldığım üçün. Bu, mənim üçün böyük bir yük idi. Orda hər zaman psixoloji və idarəçiliklə bağlı problem olurdu. İndi futboldan zövq alıram və bunu da sübut etməyə çalışıram. Qarabağ-ın heyətində dörd oyun keçirmişəm və hər matçda daha yaxşı çıxış edirəm. Düşünürəm ki, son oyunda daha yaxşı çıxış etdim. Penalti ilə nəticələnən üç məhsuldar ötürmə verdim.
Qarabağ-da olduqca xoşbəxtəm. Çünki bu komandanın oyun üslubu xoşuma gəlir. Burda mənə dəyər verirlər. Məncə, öz oyunumu daha da yaxşılaşdıra bilərəm".
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə keçirəcəkləri oyun haqda da danışan 24 yaşlı yarımmüdafiəçi rəqibi keçəcəklərini düşündüyünü deyib:
“BATE inanılmaz komandadır. Müasir futbol belədir ki, rəqibi azacıq da olsa, qiymətləndirməsəz, bu sizə baha başa gələ bilər. Ona görə də, kollektiv və baxımlı oyun nümayiş etdirməliyik. Düşünürəm ki, BATE-ni mübarizədən kənarlaşdırıb, yolumuza davam edə bilərik”.


.
.
.
0.56504797935486