"Qarabağ" - BATE matçının hakimləri müəyyənləşdi

13:22 04-08-2018
"Qarabağ" - BATE matçının hakimləri müəyyənləşdi

"Qarabağ" klubu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə qarşılaşacaq.
Sportmedia.az xəbər verir ki, komandalar arasında baş tutacaq ilk qarşılaşamanın hakim təyinatları açıqlanıb.
Matçı isveçli hakimlər briqadası idarə edəcək. Baş hakim Andreas Ekberqə Mehmet Kulum və Stefan Hallberq yan xətt, Kristofer Karlsson dördüncü hakim kimi kömək edəcək. Avstriyalı Robert Sedlaçek hakim-inspektor, qazaxıstanlı Oljas Abrayev UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun avqustun 7-də saat 21:00-da start götürəcək.


.
.
.
0.45437693595886