"Araz"dan yeni transfer

14:16 04-08-2018
"Araz"dan yeni transfer

Yeni mövsümə və UEFA Çempionlar Liqasına hazırlığını davam etdirən “Araz” növbəti transferini reallaşdırıb.
Sportmedia.az xəbər verir ki, futzal üzrə ölkə çempionu “İtaldizain” klubundan Ruzigar İbrahimzadəni heyətinə qatıb.
Bununla da legionerlərdən imtina edən “Araz”ın düşərgəsindəki futzalçıların sayı 14-ə çatıb. İsa Atayev, Xətai Bağırov, Oktay Rüstəmli, Ramiz Çovdarov, Rizvan Fərzəliyev, Nihad İsmayılov, Adil İsmayılov, Kənan Manafov, Elşən İbrahimxəlilov, Emin Mikayılovla yanaşı, 3 qapıçı da məşqlərdə iştirak edir. Söhbət Rövşən Hüseynli ilə yanaşı, “Marafon Futsal”dan transfer edilən Kamran Hacıyev və U-17-nin üzvü Vladislav Reznovdan gedira. “Sibiryak-2”dən baxışa dəvət edilən Emin Mikayılovun komandada qalıb-qalmayacağına isə yaxın günlərdə aydınlıq gətiriləcək.


.
.
.
0.56400895118713