“Kəpəz” Şəmkirdə toplanış keçir

15:44 04-08-2018
“Kəpəz” Şəmkirdə toplanış keçir

Qarşıdakı mövsümün hazırlıqlarını davam etdirən “Kəpəz” Şəmkirdə təlim-məşq toplanışına başlayıb.
Sportmedia.az xəbər verir ki, komanda gündə iki dəfə yerli Olimpiya İdman Kompleksinin stadionunda məşq edir. “Sarı-göylər” saat 09:30 və 17:00-da çalışmalara çıxır. Heyətdə 20 futbolçu yer alıb. Toplanış 10 gün davam edəcək.
Hazırlıq dövründə “Kəpəz”in yoxlama oyunları keçirməsi də planlara daxildir. İlk belə rəqib I divizion təmsilçisi “Turan Tovuz” olacaq. Bu gün Tovuzda keçiriləcək matç saat 17:00-da başlayacaq.


.
.
.