"Qarabağ" BATE ilə oyunlar üçün heyəti təqdim etdi

15:02 04-08-2018
"Qarabağ" BATE ilə oyunlar üçün heyəti təqdim etdi

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belarusun BATE klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Sportmedia.az xəbər verir ki, təmsilçimizin heyətində 2-ci təsnifat mərhələsində olduğu kimi 25 futbolçu yer alıb.
Qapıçılar: 1. Hannes Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 95. Məmməd Hüseynov
Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 8. Miçel Madera, 10. Dani Kintana, 17. Abdulla Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 21. Zaur Fərzəliyev, 28. Con Delarj, 77. Donald Gerye, 91. Coşqun Diniyev
Hücumçular: 7. İnnosent Emeqara, 11. Mahir Mədətov
Qeyd edək ki, komandalar arasında ilk matç avqustun 7-də Bakıda, cavab qarşılaşması 14-də Borisovda olacaq.


.
.
.
0.55412411689758