Yığmamız ikinci dəfə eyni rəqibə məğlub olub - Video

16:22 04-08-2018
Yığmamız ikinci dəfə eyni rəqibə məğlub olub - Video

Minskdə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti yoldaşlıq oyunu keçirib.
Sportmedia.az xəbər verir ki, oyunda hesabı komandamızın hücumçusu Musa Qurbanlı açıb. Ancaq rəqibin 2 qol vurmasına mane ola bilməyən yığmamız yekunda məğlub olub -1:2.
Oyunla bağlı U-17-nin baş məşqçisi Ramin Quliyev affa.az-a fikirlərini bildirib: “Birinci hissə bərabər səviyyədə keçdi. Fasilədən sonra qol vursaq da, hesabdakı üstünlüyümüzü qoruya bilmədik. Uşaqlar əzmkar mübarizə apardılar, amma yaratdığımız qol epizodlarını düzgün tamamlaya bilmədik. Keyfiyyətli oyunçularımızın az olması sözünü dedi. Ancaq futbolçuların meydanda istəkli olması, güclərini sona qədər sərf etmələri təqdirəlayiq haldı. Vaxtımız az olsa da, oyun keyfiyyətini yüksəltməyə çalışacağıq”.


.
.
.
0.53754901885986