“Beşiktaş” o futbolçu ilə yolları ayırdı

16:33 04-08-2018
“Beşiktaş” o futbolçu ilə yolları ayırdı

Türkiyənin “Beşiktaş” klubu Vəli Kavlak ilə yolları ayırdı.
Sportmedia.az xəbər verir ki, uzun müddətdir, zədədən əziyyət çəkən yarımmüdafiəçi ilə olan müqaviləyə xitam verilib.
Xatırladaq ki, “Beşiktaş”ın aparıcı oyunçularından olan Kavlak çiyinindəki zədə, səhv diaqnozlar və yanlış əməliyyatlar səbəbi ilə son 3 mövsümdə biri Super Liqa matçı olmaqla sadəcə 8 rəsmi qarşılaşmada forma geyinə bilib.


.
.
.