Dmitri Nağıyev Portuqaliya klubuna keçib

16:37 04-08-2018
Dmitri Nağıyev Portuqaliya klubuna keçib

"Sumqayıt" Futbol Klubunun 03.07.2018 tarixində Avstriyanın “Qarabağ Vyana” klubundan heyətinə cəlb etdiyi sağ cinah müdafiəçisi Dmitri Nağıyev karyerasını Portuqaliyada davam etdirəcək.
Sportmedia.az xəbər verir ki, 22 yaşlı futbolçu adıçəkilən ölkənin I divizionunda çıxış edən "Cova da Piedade" klubu ilə müqavilə imzalayıb. "Sumqayıt" FK Azərbaycan futbolunun inkişafını, azərbaycanlı futbolçuların və milli komandalarımızın mənafeyini ön planda tutaraq Nağıyevin Portuqaliya klubuna transfer olunmasına razılıq verib.


.
.
.
0.44246006011963