"Qarabağ" - BATE oyununa nə qədər bilet satılıb?

17:36 04-08-2018
"Qarabağ" - BATE oyununa nə qədər bilet satılıb?

“Qarabağ” - BATE matçına 8 min bilet satılıb.
Sportmedia.az xəbər verir ki, bu barədə “qafqazinfo.az”a məlumatı klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov verib.
N. İbrahimov bildirib ki, bu, səhər saat 11-ə olan məlumatdır.
Qeyd edək ki, “Qarabağ” - BATE matçı avqustun 7-i saat 21:00-da start götürəcək. Hər iki görüş “CBC Sport”dan canlı yayımlanacaq.
Xatırladaq ki, biletlər yalnız “Qarabağ”ın Fan-Şopunda, Tofiq Bəhramov adına Respublika stadionun kassalarında və onlayn olaraq iTicket.az saytında satışa çıxarıb.
Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.
Bilet alarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.


.
.
.
0.5624098777771