Kasilyas karyerasını nə vaxt bitirəcək? – Açıqlama

13:42 05-08-2018
Kasilyas karyerasını nə vaxt bitirəcək? – Açıqlama

“Real”ın (Madrid) sabiq və əfsanəvi futbolçusu, hal-hazırda “Porto”nun şərəfini qoruyan İker Kasilyas karyerasını sonlandıracağı tarixi açıqlayıb.
Sportmedia.az xəbər verir ki, Portuqaliyanın televiziya kanalı RTP-yə danışan qolkiper:
“Karyeramda sadəcə iki klubda çıxış etməyim çox gözəldi. Karyeramın böyük bir hissəsini Dünyanın ən yaxşı klubu olan “Real”da keçirdim. Daha sonra Portuqaliyaya gəldim və “Porto” kimi güclü komandaya qoşuldum. Buna görə, çox xoşbəxtəm”.
“Porto” ilə olan müqaviləsi mövsümün sonunda bitən Kasilyas: “Müqaviləm bitəndə karyeramı da “Porto”da sonlandıracam”.


.
.
.