“Fənərbaxça” hücumçu transferi üçün hərəkət keçdi

15:25 05-08-2018
“Fənərbaxça” hücumçu transferi üçün hərəkət keçdi

Türkiyənin “Fənərbaxça” klubu “Milan”ın futbolçusu Karlos Bacca ilə maraqlanır.
Sportmedia.az xəbər verir ki, bu haqda “Fanatik” məlumat yayıb.
“Sarı-lacivərtlilər”in “Milan”dan ayrılmağa hazırlaşan hüumçunun meneceri ilə görüşdüyü bildirilir.
Keçən mövsümü icarə əsasında “Vilyareal”da keçirən Karlos Baccanın Qonzalo İquainin transferindən sonra “Milan”ın heyətində meydana çıxmaq şansının az olduğu qeyd edilir.
Xatırladaq ki, “Fənərbaxça” daha əvvəl də 31 yaşlı forvardla maraqlansa da, transfer baş tutmamışdı


.
.
.
0.46988296508789