Rüfət oynadı, komandası evdə məğlub oldu

17:06 05-08-2018
Rüfət oynadı, komandası evdə məğlub oldu

Almaniya 3-cü Liqasında 2-ci turun oyunları keçirilib.
Sportmedia.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Proyssen” klubu doğma meydanda “Karl Tseyss”I qəbul edib. Qarşılaşma qonaqların 1:2 hesablı qalibiyyəti ilə başa çatıb.
Rüfət start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
Qeyd edək ki, Münster təmsilçisi 2 turdan sonra 3 xalla 7-ci pillədə qərarlaşıb.


.
.
.