Mario Qomez yığma karyerasını sonlandırdı

17:54 05-08-2018
Mario Qomez yığma karyerasını sonlandırdı

“Ştutqart”ın şərəfini qoruyan Mario Qomez milli komanda karyerasını sonlandırdığını açıqladı.
Sportmedia.az xəbər verir ki, yerini gənclərə vermək üçün bu addımı atdığını söyləyən 33 yaşlı forvard:
“Hər zaman milli komandada baş məşqçi ilə yaxşı münasibətim olub. Rusiyada Dünya Çempionatında iştirak etmək böyük bir yuxunun reallaşması idi. Qrup mərhələsində mübarizəni dayandırmağımız xəyal qırıqlığı oldu. Bütün karyeram boyunca Almaniya millisi üçün oynadım, lakin 2014-cü ildə zədələndikdən sonra milli komandadan ötrü nə qədər darıxdığımı, bu komandada oynamağın mənim üçün böyük şərəf olduğunu anladım. Yenidən oynamaq istəyirdim, bu hissləri yaşamaq istəyirdim. AVRO-2016 və DÇ-2018-də iştirak etmək şansı əldə etdim. Təəssüf ki, həmişə meydandan qalib ayrıla bilmirsən. Artıq gənc və həqiqətən istedadlı uşaqlara yer verməyin vaxtı gəlib çatıb. Onların uğur qazanması üçün çalışmaq lazımdır. Almaniya Futbol Federasiyası ilə daim əlaqə saxlayacam. 2007-ci ildə 21 yaşım olanda necə mübarizə aparmışamsa, indi də gənc futbolçularmızın futbolun cənnəti üçün eyni mənim kimi mübarizə aparmalarının vaxtı gəlib çatıb. Onlar üçün ən yaxşısını arzulayıram”.
Xatırladaq ki, Almaniya millisinin forması ilə 78 oyunda iştirak edən Qomez 31 dəfə rəqib qapısına yol tapa bilib.


.
.
.
0.51172804832458