ÇL: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın potensial rəqibi bəlli oldu

14:39 06-08-2018
ÇL: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın potensial rəqibi bəlli oldu

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Sportmedia.az xəbər verir ki, turnirdə yeganə təmsilçimiz “Qarabağ”ın da potensial rəqibi bəlli olub.
Ağdam klubu 3-cü təsnifat məhələsində BATE-ni mübarizədən kənarlaşdıra bilsə, pley-off-da Hollandiyanın PSV komandası ilə qarşılaşacaq.
Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasının nəticələrini təqdim edirik:
Srvena Zvezda (Serbiya) / Spartak (Trnava, Slovakiya) cütünün qalibi - Zalsburq (Avstriya) / Şkendiya (Makedoniya) cütünün qalibi
Qarabağ (Azərbaycan) / BATE (Belarus) cütünün qalibi - PSV (Hollandiya)
Yanq Boyz (İsveçrə) - Astana (Qazaxıstan) / Dinamo (Zaqreb, Xorvatiya)
Malmö (İsveç) / Videoton (Macarıstan) cütünün qalibi - Seltik (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibi
Benfika (Portuqaliya) / Fənərbaxça (Türkiyə) cütünün qalibi - PAOK (Yunanıstan) / Spartak (Moskva, Rusiya) cütünün qalibi
Slaviya (Praqa, Çexiya) / Dinamo (Kiyev, Ukrayna) cütünün qalibi - Standard (Belçika) / Ayaks (Hollandiya) cütünün qalibi


.
.
.
0.6151180267334