Ronaldonun hər dəqiqə 2 forması satılır

15:04 06-08-2018
Ronaldonun hər dəqiqə 2 forması satılır

Kriştiano Ronaldo meydanda qırdığı rekordlarla birlikdə meydandan kənarda da rekord qırmağa davam edir.
Sportmedia.az xəbər verir ki, portuqaliyalı ulduzun qiyməti 138 avro olan “Yuventus” formasını orta hesabla hər dəqiqədə 2 nəfər alır.
“Yuventus”un Kriştiano Ronaldonun formasının satışından əldə etdiyi aylıq gəlir təxminən 11 milyon 988 min avrodur.
Xatırladaq ki, Ronaldo bu yay 117 milyon avroya “Real”dan (Madrid) “Yuventus”a transfer olmuşdu.


.
.
.