"Qarabağ" - BATE cütünün Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşdi

16:05 06-08-2018
"Qarabağ" - BATE cütünün Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşdi

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Sportmedia.az xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcək "Qarabağ" - BATE cütünün püşk nəticəsində potensial rəqibləri bəlli olub.
Bu komandalardan mübarizəni dayandıran Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valur" (İslandiya) cütünün qalibi ilə görüşəcək.
Xatırladaq ki, "Qarabağ" - BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.


.
.
.
0.48352599143982