“Fənərbaxça”da ciddi itki

17:11 06-08-2018
“Fənərbaxça”da ciddi itki

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Benfika” ilə qarşılaşacaq “Fənərbaxça” itki ilə üzləşib.
Sportmedia.az xəbər verir ki, “sarı-lacivərtlilər” “Benfika” ilə matçda yeni transfer Andre Ayunun xidmətindən istifadə edə bilməyəcək.
Bildirilir ki, ilk dəfə “Fənərbaxça” forması ilə “Kalyari”yə qarşı keçirlən yoldaşlıq oyununda iştirak edən və zədələnən Ayu bütün məşqləri qaçırdığı üçün Portuqaliya təmsilçisi ilə oyunu buraxmalı olacaq.
Oyunçunun son durumuna isə bu güm keçiriləcək məşq prosesindən sonra aydınlıq gələcək.


.
.
.