Yeni layihəyə start verilib - Fotolar

17:52 06-08-2018
Yeni layihəyə start verilib - Fotolar

Ölkəmizdə futbolun inkişafı, kütləviliyinin artırılması məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yeni layihəyə start verib.
Sportmedia.az xəbər verir ki, "Məhəllənin ulduzu" layihəsi AFFA tərəfindən inşa edilmiş süni örtüklü meydançalarda müxtəlif yaş qrupuna daxil olan uşaqlar üçün məşqlərin təşkil olunması, onların futbola, sağlam həyat tərzinə istiqamətləndirilməsi, bu idman növünün təbliğatının gücləndirilməsi məqsədi daşıyır. Layihə 6-8 yaşlı uşaqlar üçün həftədə 2 və ya 3 dəfə təmənnasız olaraq məşq keçmək imkanı verir. Eyni zamanda bütün məşq ləvazimatları da AFFA tərəfindən təmin olunur. Bu layihəyə xüsusi məşqçilik kursunu bitirmiş, minimum C məşqçilik lisenziyası olan məşqçilər cəlb olunub.
Layihə çərçivəsində Səbail rayonu, Badamdar qəsəbəsi,Tofiq Məmmədov küçəsi, 9 ünvanında yerləşən meydançada keçirilmiş məşqlərdən hazırlanmış fotoreportajı diqqətinizə çatdırırıq: 

 

.
.
.
0.45282697677612