Könül Mehtiyevaya UEFA-dan təyinat

13:36 07-08-2018
Könül Mehtiyevaya UEFA-dan təyinat

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.
Sportmedia.az xəbər verir ki, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Şerif” stadionunda keçiriləcək “Şerif” (Moldova) – “Valur” (İslandiya) qarşılaşmasının UEFA nümayəndəsi Könül Mehtiyeva olacaq.
Qeyd edək ki, oyun avqustun 9-da, saat 20:00-da (yerli vaxtla) başlayacaq.


.
.
.
0.57578802108765