Ronaldodan sonra daha bir ulduz A Seriya yolunda

15:27 07-08-2018
Ronaldodan sonra daha bir ulduz A Seriya yolunda

İspaniya La Liqasında mübarizə aparan “Real”ın (Madrid) futbolçusu Luka Modriç İtaliya “İnter”inə getmək istəyir.
Sportmedia.az xəbər verir ki, bu haqda “Marka” məlumat yayıb.
Bildirilir ki, xorvat yarımmüdafiəçi “İnter”in 6 il üçün 60 milyon avroluq təklifinə müsbət yanaşıb. Modriç “Real”ın ABŞ-da “Roma” ilə keçirəcəyi yoldaşlıq oyunundan sonra İspaniyaya qayıdıb klub prezdenti Florentino Peres və baş məşqçi Xulen Lopeteqi ilə görüşəcək. İddia edilir ki, 32 yaşlı oyunçu “kral klubu” rəhbərliyinin “İnter”in təklifinə yaxın təklifi olacağı təqdirdə, “Real”da qalmağa razıdır.
Xatırladaq ki, Modriçin “Real” ilə 2020-ci ilədək müqaviləsi var.


.
.
.
0.5114951133728