"Başakşəhər"in futbolçusu "Antalyaspor"un hədəfində

17:34 07-08-2018
"Başakşəhər"in futbolçusu "Antalyaspor"un hədəfində

Türkiyənin “Başakşəhər” klubunun futbolçusu Mossoroya “Antalyaspor” göz dikib.
Sportmedia.az xəbər verir ki, Antalya təmsilçisinin yarımmüdafiəçi üçün təklif göndərdiyi də bildrilir.
Braziliyalı təcrübəli oyunçu bir müddətdir, digər Super Liqa klubu “Bursaspor”un da maraq dairəsindədir. Qeyd edilir ki, həmçinin, ötən günlərdə “timsahlar”ın prezidenti Əli Ayın “Başakşəhər”in prezidenti Gümüşdağ ilə görüşüb Mossoronu transfer etmək istədiklərini bildirib.
Xatırladaq ki, “Başakşəhər”in 2014-cü ildə Səudiyyə Ərəbistanı klubu “Əl-Əhli”dən heyətinə qatdığı Mossoro 35 oyuna 6 qol vurub və 3 məhsuldar ötürmə edib.


.
.
.