Qurban Qurbanov: "Cavab oyununda daha yaxşı çıxış edəcəyimizə inanıram"

00:16 08-08-2018
Qurban Qurbanov: "Cavab oyununda daha yaxşı çıxış edəcəyimizə inanıram"

Bu gün "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda BATE-yə qarşı keçirilən matçda 0:1 hesabı ilə məğlub olub.
Sportmedia.az xəbır verir ki, təmsilçimizin baş məşqçisi oyunsonrası mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bildirib:
"Məğlub olduq. İstəməzdik. Amma hələ 1-ci oyundur. Qarşıda 90 dəqiqəmiz var. Daha yaxşı hazırlaşacağıq. Bir az həyəcan var idi. Buna baxmayaraq, futbolçular 2-ci hissə daha yaxşı oynadılar. Rəqib təcrübəli komanda idi. Cavab oyununda daha yaxşı çıxış edəcəyimizə inanıram. Amma heyətdə ciddi dəyişiklik olacağını düşünmürəm. Futbolçuların durumuna görə qərar verəcəyik".


.
.
.
0.61531209945679