Misirin qolkiperi karyerasını sonlandırdı
Misirin qolkiperi Essam Əl-Hadari milli komanda karyerasını başa vurduğunu açıqladı.
Sportmedia.az xəbər verir ki, təcrübəli qapıçı vida mesajında bu sözləri deyib:
“22 il, 4 ay, 12 gündən sonra əlcəkləri asmaq vaxtı gəlib çatdı. Milli komandada görülməmiş uğurların bir parçası olduğum üçün fəxr edirəm”.
Xatırladaq ki, 45 yaşında ikən DÇ-2018-də meydana çıxan Essam Əl-Hadari turnir tarixinin ən yaşlı “çərçivə qoruyucusu” oldu.