"Beşiktaş" Qötzeni transfer etmək istəyir

13:52 08-08-2018
"Beşiktaş" Qötzeni transfer etmək istəyir

“Beşiktaş” heyətini gücləndirmək üçün transfer çalışmalarına davam edir.
Sportmedia.az “Fanatik”ə istinadən xəbər verir ki, “qara qartallar”ın bu dəfəki hədəfi “Borussia”nın (Dortmun) futbolçusu Mario Qötzedi.
İstanbul təmsilçisi hücummeylli yarımmüdafiəçini satın alma opsiyonu ilə icarəyə götürmək istəyir.
Xatırladaq ki, alman forvard keçən mövsüm 32 oyuna 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Qötzenin Dortmund təmsilçisi ilə 2020-ci ilə qədər müqaviləsi var.


.
.
.
0.41948008537292