"Stok Siti"nin futbolçusu "Fənərbaxça"nın hədəfində

14:38 08-08-2018
"Stok Siti"nin futbolçusu "Fənərbaxça"nın hədəfində

“Fənərbaxça” hücum xəttini gücləndirmək üçün “Stok Siti”nin futbolçusu Mame Biram Diufu heyətinə qatmaq istəyir.
Sportmedia.az xəbər verir ki, “sarı-lacivərtlilər” Premyer Liqadan Çempionşipə düşən “Stok Siti”dən ayrılmaq istəyən oyunçu üçün təklif göndərib.
İstanbul təmsilçisi forvardı satınalma opsiyonu ilə icarəyə götürmək istəyir.
Xatırladaq ki, seneqallı hücumçu keçən mövsüm İngiltərə Premyer Liqasında 35 oyuna 6 qol vurub və 3 məhsuldar ötürmə edib.


.
.
.
0.42761516571045